Bakı. Trend:
Britaniyalı müğənni və aktrisa Marianna Feitfull 79 yaşındavəfat edib.
Trend xəbər verirki, müğənni Londonda, mehriban ailəsinin əhatəsində dinc şəkildədünyasını dəyişib.
Feitfullun məşhurluğu 1965-ci ildə The Rolling Stones qrupununüzvləri Mik Jaqqer və Kit Riçards tərəfindən yazılmış "As Tears GoBy" hit mahnısı ilə başladı.
Müğənnini 1964-cü ildə qrupun meneceri olan ingilis prodüseriEndryu Luq Oldem kəşf edib. Feitfullun digər məşhur mahnılarıarasında "Come and Stay with Me", "This Little Bird" və "SummerNights" yer alır. 1980-ci ildə "Broken English" albomu ilə ən yaxşıqadın rok vokal performansı üzrə Grammy mükafatına namizədolub.
Feitfull həmçinin aktrisa kimi də tanınırdı. O, "The Girl on aMotorcycle" (1968) və "İrina Palm" (2007) filmlərindəki rolları iləşöhrət qazanıb.