AZ

“Ölümdən sonrakı həyat” haqqında danışmaq hələ ki, tezdir..?

...Elm adamları tibbi təcrübədən bir hadisəni ətraflı şəkildə araşdırıblar. Məsələ bundadır ki, öldüyü elan edilən bir adam klinik ölümdən 34 dəqiqə sonra özünə gəlib.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, alimlər ölümdən sonra insan şüurunda nə baş verdiyini anlamağa çalışırlar.

Bu məsələni başa düşmək üçün Hollandiya Neyrologiya İnstitutundan olan beynəlxalq alimlər qrupu 10 il ərzində insanların klinik ölümdən sonra dirilməsi hallarını tədqiq ediblər.

Nəticədə onlar müasir tibb baxımından izahı mümkün olmayan koqnitiv hadisələri kəşf etdilər.

Məsələn, beyin anevrizması olan bir xəstənin vəziyyəti...

Kişi əməliyyat masasında ölüb, lakin 34 dəqiqə sonra tibbi müdaxilə olmadan onun həyat əlamətləri görünüb.

72 saatdan sonra nəhayət özünə gələndə kişi əməliyyat zamanı və öldüyü elan edildikdən sonra başına gələnləri danışıb.

Xüsusilə, o, cərrahların hərəkətlərinin vaxtını 2 faizdən az səhvlə təsvir edib.

Anestezioloqlar arasında defibrilatorun dəyişdirilməsi ilə bağlı dialoqu danışıb.

Tədqiqat rəhbəri Dr. Maarten van der Linden Nature Neuroscience-ə deyib ki, bu məlumatlar qalıq beyin fəaliyyəti ilə izah edilə bilməz.

Həmçinin məlum olub ki, tədqiqat iştirakçılarının 89 faizi beyin fəaliyyətinin olmaması zamanı alınan məlumatları çatdıra bilib və 63 faiz hallarda onların hekayələri əməliyyat otağının videoyazıları ilə üst-üstə düşür.

...Oksfordda bioetika professoru Emili Krauss deyib ki,..biz anomaliyaları görürük, lakin “ölümdən sonrakı həyat” haqqında danışmaq hələ ki, tezdir..?

Nazlı Almuradova

Seçilən
6
sia.az

1Mənbələr