AZ

Əş-Şaraa Suriyada keçid hökumətinin formalaşdırılması üzərində iş aparıldığını açıqlayıb

Əhməd əş-Şaraa Suriya prezidenti kimi xalqa etdiyi ilk çıxışında keçid hökumətinin formalaşdırılması üzərində iş aparıldığını açıqlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, müraciət Suriya mediası tərəfindən yayımlanıb.

"Qadınlar və gənclər də daxil olmaqla, bütün suriyalıların maraqlarını təmsil edəcək keçid hökuməti formalaşdırmaq üçün çalışacağıq", - deyə əş-Şara bildirib.

O, ölkənin bütün ərazilərini nəzarət altına alacağına söz verib.

“Qarşıdakı dövrdə biz bir sıra prioritet vəzifələrin həllinə diqqət yetirəcəyik, o cümlədən Suriyanın ərazi bütövlüyünün bərpa edilməsi prosesini vahid plan çərçivəsində başa çatdırmaq niyyətindəyik".

O, həmçinin ölkədə vətəndaş sülhünün əldə edilməsinə, eləcə də Suriya xalqına qarşı cinayətlərdə iştirak edən bütün şəxslərin cəzalandırılmasına diqqət yetirəcəyini vəd edib.

Seçilən
20
50
operativmm.az

10Mənbələr