AZ

AL: "Qarabağ" "Olimpiakos"a böyük hesabla uduzdu

Bu gün UEFA Avropa Liqası Liqa mərhələsinin VIII turuna yekun vurulub.

Fanat.Az xəbər verir ki, Azərbaycanı bu turnirdə təmsil edən "Qarabağ" da son oyununa çıxıb.

Qurban Qurbanovun baş məşqçisi olduğu komanda avrokubok mövsümünə Yunanıstanda - "Olimpiakos"la görüşdə son verib.

"Karaiskakis" stadionunda baş tutacaq qarşılmanı Rumıniyadan olan hakimlər briqadası idarə edib.

Matçın ilk yarısı qolsuz bitib. İkinci yarıda 3 qola üzülən təmsilçimiz böyük hesabla uduzub.

Qeyd edək ki, keçirdiyi oyunlarda cəmi bir qələbə qazanan "Qarabağ"ın pley-offa adlaya bilməyəcəyi ötən tur dəqiqləşib. 

UEFA Avropa Liqası
Liqa mərhələsi, VIII tur
30 yanvar

"Olimpiakos" (Yunanıstan) – "Qarabağ" 3:0 (2-ci hissə)

Qollar: Əl-Kaabi, 56; 60. Byankon, 89.
Hakimlər: Radu Petresku, Radu Cinqulaç, Mirça Mixail Qriqoriu, Marsel Birsan (hamısı Rumıniya).
Hakim-inspektor: Gediminas Mazeyka (Litva).
UEFA nümayəndəsi: Mario Duran (Bosniya və Herseqovina).
Pirey. "Karaiskakis" stadionu

"Olympiakos": 88. Konstantinos Tzolakis, 4. Culian Byankone, 5. Lorentso Pirola, 16. David Karmo, 20. Koştinya, 10. Jelson Martins, 11. Kristoffer Velde, 14. Dani Qarsiya, 32. Santyaqo Hetse, 84. Xaralampos Kostulas, 9. Əyyub Əl-Kaabi. 
Ehtiyat oyunçular: 1. Aleksandros Pasxalakis, 45. Panayotis Petsos, 65. Apostolos Apostolopulos, 19. Qiorqos Masuras, 99. Aleksandros Anaqnostopulos, 27. Serjiu Oliveyra, 96. Xristos Muzakitis, 17. Roman Yaremçuk, 3. Fransisko Orteqa, 8. Marko Stameniç, 23. Rodiney, 22. Çikinyo.
Baş məşqçi: Luis Mendilibar. 

"Qarabağ": 99. Mateuş Koxalski, 2. Mateus Silva, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 81. Kevin Medina, 6. Julio Romao, 7. Yassin Benziya, 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 15. Leandro Andrade, 90. Nəriman Axundzadə.
Ehtiyat oyunçular: 97. Fabian Buntiç, 66. Patrik Andrade, 29. Marko Veşoviç, 55. Bədavi Hüseynov, 21. Aleksey Kaşuk, 22. Musa Qurbanlı, 20. Riçard Almeyda, 24. Aleksey İsayev, 30. Abbas Hüseynov, 27. Toral Bayramov, 11. Emanuel Addai.
Baş məşqçi: Qurban Qurbanov.

Seçilən
10
41
fanat.az

10Mənbələr