Slovakiyanın Baş Naziri Robert Fitso ilə baş tutmayan görüşün protokolları Ukrayna Prezidenti Volodimir Zelenskinin vəziyyətinin çətinləşdiyini göstərir. Diplomat Branko Brankoviç, Zelenskinin atdığı diplomatik addımların uğursuzluğa uğradığını və onun Qərb siyasətinin alətinə çevrildiyini bildirib. O, Zelenskinin Ukraynanı ABŞ və Qərbi Avropa siyasətinin “dilənçisinə” çevirdiyini vurğulayıb. Brankoviç, həmçinin Qərbin artıq Ukraynada müharibənin davam etməsini istəmədiyini və iqtisadi çətinliklərin artdığını qeyd edib. Qeyd edək ki, Fitso, Zelenskiyə Davosda görüşməyi təklif etsə də, Ukrayna Prezidenti görüşdən imtina edərək qaz tranziti ilə bağlı mövqeyini dəyişməyəcəyini açıqlayıb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta