AZ

Qurban Qurbanov: “Futbolçularımın yanındayam”

Avropa Liqasında Liqa mərhələsinin sonuncu – səkkizinci turu çərçivəsində keçirilən “Olimpiakos” (Yunanıstan) - “Qarabağ” matçından (3:0) sonra təmsilçimizin baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib.

Apasport.az xəbər verir ki, mütəxəssis görüş barədə fikirlərini bildirib.

“Oyun sona qədər çox dinamik keçdi. Azarkeşlər də yaxşı atmosfer yaratmışdılar. Birinci hissədə hər şey qaydasında idi. Futbolçularımın yaxşı mübarizə aparmaları mənim üçün çox vacib idi. Bu gün bunu gördüm. Təəssüf ki, texniki səhvlər oldu və qapımızda 3 qol gördük. İstənilən halda futbolçularımın yanındayam. Növbəti avrokubok mövsümünə hazırlaşmaq üçün bu oyunlar böyük təcrübə oldu. Avropada futbol get-gedə dəyişir. Biz də növbəti mövsüm üçün böyük fayda əldə etdik”.

ÇL: Həftənin oyunçusu adına namizədlər açıqlanıb

ÇL: Növbəti tura yüksələn komandalar bəlli olub

ÇL: “Real”dan qələbə, “Liverpul” ilk məğlubiyyətini aldı - YENİLƏNİB

Çempionlar Liqası matçları bu kanallarda

Türkiyə klublarının avrokubok matçlarına hakim təyinatları açıqlanıb

Seçilən
3
50
apasport.az

10Mənbələr