AZ

İtaliya-Serbiya Biznes Forumu keçiriləcək

Belqradda İtaliya-Serbiya Biznes Forumu təşkil olunacaq.

“İki sahil” xəbər verir ki, bu barədə İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi məlumat yayıb.

Bildirilir ki, İtaliya Baş nazirin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani bu gün Serbiyanın paytaxtı Belqrada səfər edəcək. Nazir səfər çərçivəsində Serbiya Prezidenti Aleksandar Vuçiç və xarici işlər naziri Marko Curiç ilə görüşlər keçirəcək.

İtaliya və Serbiyanın 400-dən çox şirkətinin təmsil olunacağı Biznes Forumda enerji keçidi, aqrotexniki və sənaye, xüsusilə yüksək texnoloji məzmunlu sektorlarda əməkdaşlıq üçün yeni imkanlar nəzərdən keçiriləcək.

Seçilən
4
ikisahil.az

1Mənbələr