AZ

ABŞ konqresmenlərinə “DeepSeek” qadağan olundu

ABŞ Konqresinin əməkdaşlarına Çinin son vaxtlar populyarlıq qazanan "DeepSeek" çat-botundan istifadə etmək qadağan edilib. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, ABŞ Konqresi "DeepSeek" ilə bağlı risk xəbərdarlığı alıb. Bu qərar da təhlükəsizlik tədbirləri səbəbilə qəbul edilib.

Konqres üzvlərinə "DeepSeek"i istənilən iş telefonu, kompüter və ya planşetdə quraşdırmaq qadağandır.

Xatırladaq ki, ABŞ Konqresi 2023-cü ildə "ChatGPT"dən istifadəyə məhdudiyyətlər tətbiq edib. Çat-botun ödənişli versiyasından yalnız müəyyən tapşırıqlar üçün istifadəyə icazə verilir.

Milli.Az 

Seçilən
1
2
milli.az

3Mənbələr