AZ

Yenə o aktual sual: Rusiyadan böyük köçə hazırıqmı?

Sabiq nazirdən təklif: “Hökumət Azərbaycanın regionlarında yeni iş yerlərinin açılması istiqamətində ciddi addımlar atmalıdır”

Rusiyada miqrantlar haqqında qanunun sərtləşməsindən sonra Azərbaycana qayıdanlar var. Azərbaycanın quru sərhədlərinin bağlı olması prosesi məhdudlaşdırsa da,son aylar ölkəyə qayıdanların sayında artım olduğu deyilir.Bəzi ekspertlərin fikrincə, azərbaycanlılarınölkəyə kütləvi axını müəyyən iqtisadi problemləri də özü ilə gətirə bilər. Azpolitika.info Rusiyadakı azərbaycanlılaraistinadən yazır ki,rublun dəyərdən düşməsi bu ölkədə çalışan azərbaycanlılar üçün böyük problem yaradıb.Bu səbəbdən xeyli azərbaycanlı artıq ölkəsinə qayıdıb, bir qisim də yaxın aylarda geri dönəcək, çünki işləmək sərfəli deyil, əvvəlki kimi iş, ticarət də yoxdur. Hazırda 1000 rubl 15-16 manatdır. Xırda alverlə məşğul olan adam ayda nə qədər qazanmalıdır ki, həm patent ödəsin, həm kirayə versin, həm burada yaşasın, sonra evə də pul göndərsin. Manatla heç olmasa aylıq 2 min manat təmiz gəlir olmasa, evə 300-400 manat göndərmək mümkün deyil.

“Beləliklə, yüz minlərlə azərbaycanlı ölkənin bağlı qapılarını yavaş-yavaş döyməyə başlayır. Onlar öz vətənlərinə, ailələrinin yanına qayıdıb yaşamlarını sürdürməyə ümid edirlər. Amma sərhəd maneəsini keçsələr belə, Azərbaycanda onları qəbul edib, dolanışığını qismən də olsa təmin etməyə imkanlar varmı? Nəzərə alaq ki, Rusiyada çalışanların böyük əksəriyyəti rayon sakinləridir. Azərbaycanın rayonlarından isə əhali işsizlik səbəbindən sürətlə paytaxta axışır” , - deyə sayt yazır. Bu arada isə ABŞ İmmiqrasiya Agentliyi deportasiya təhlükəsi ilə üzləşən bir milyon yarıma yaxın miqrantın siyahısını dərc edib. Barələrində deportasiya qərarı verilənlər arasında 709 Azərbaycan vətəndaşı da var. Siyahıya3518 Rusiya, 1862 Ukrayna, 2808 Ermənistan, 709 Azərbaycan vətəndaşı daxildir.

Azərbaycanlılarınölkəyə kütləvi axını müəyyən iqtisadi problemləri də özü ilə gətirə bilərmi? Azərbaycanda onları qəbul edib, dolanışığını qismən də olsa təmin etməyə imkanlar varmı?

fikret.jpeg

Fikrət Yusifov

Sabiq maliyyə naziri Fikrət Yusifov “Yeni Müsavat”a bildirdi ki, Rusiya hökumətinin miqrantlarla bağlı yürütdüyü siyasət Sovetlər İttifaqı dağıldıqdan sonrakı bir neçə il ərzində baş verənlərintəkrarıdır: “Belə ki, 1990-cı illərdə Rusiyada miqrantlara qarşı çox aqressiv bir münasibət sərgilənirdi. Gələn miqrantlar hər addımda incidilir, onların qeydiyyata düşməsi, iş izini alması müşkül bir məsələyə çevrilirdi. Miqrantı polislər hər addımda saxlayır, onu sorğu-sual edir və bəzən də polis bölməsinə aparıb orada ona işgəncə verirdilər. Bu hal 2004-cü ilə qədər davam etdi. 2004-cü ildə Rusiya parlamentində ölkədəki demoqrafik vəziyyət müzakirə olunarkən bəlli oldu ki, müstəqillik illərində əhali 10 milyon nəfərə qədər azalıb. Bununla bağlı həyəcan təbili çalındı və saylı günlər ərzində Rusiyada ölkəyə gələn miqrantların qeydiyyata düşməsi, iş izini, oturum alması məsələləri əsaslı şəkildə sadələşdirildi. Hətta Sovetlər İttifaqının vətəndaşı olmuş şəxslərə birbaşa Rusiya vətəndaşlığını qəbul etmək təklif olundu. Bu siyasət 7-8 il ərzində öz bəhrəsini verdi və Rusiya əhalisinin sayı müstəqilliyin ilk dövründəki səviyyəyə yaxın arta bildi. Bu gün Rusiyanın miqrantlarla bağlı yürütdüyü siyasət sanki Sovetlər İttifaqı dağıldıqdan sonra 2004-cü ilə qədər onun bu məsələ ilə bağlı sərgilədiyi siyasətə bənzəyir”.

F.Yusifov qeyd etdi ki, bu dəfə məsələnin mahiyyəti tamamilə başqadır. Rusiya indi miqrantlara Ukrayna ilə apardığı müharibəyə cəlb etmək məqsədilə basqılar edir: “Miqrantlara Rusiya vətəndaşlığını qəbul edib müharibəyə getmək təklif olunur. Bunu etmək istəməyənlər isə Rusiya ərazisindən çıxarılaraq geriyə göndərilirlər. Yəni ruslar indi insanları seçim qarşısında qoymaqla öz istəklərinə nail olmağa çalışırlar. Ukrayna ilə üç ilə yaxındır davam edən müharibəyə cəlb ediləcək canlı resurslar tükənir və Rusiya hökuməti bu boşluğu miqrantları müharibəyə cəlb etməklə doldurmaq istəyir”.

Ekspert onu da dedi ki, bu gün Rusiyada demoqrafik durum olduqca acınacaqlıdır: “Hökumətin gördüyü bütün tədbirlərə baxmayaraq, rus qadını dünyaya uşaq gətirmək istəmir. 2024-cü ildə Rusiyada 1 milyon 400 min uşaq doğulub, 1 milyon 663 min insan dünyasını dəyişib. Təbii azalma bir ildə 260 min nəfərdən çoxdur. Belə bir vəziyyətdə ölkədən bu boşluğu dolduran miqrantları çıxartmaq, bir neçə ildən sonra Rusiya hökumətini ciddi demoqrafik problemlərlə üz-üzə qoyacaqdır. Ciddi işçi qüvvəsi çatışmazlığı olan bir ölkədə miqrantlara bəslənən bu münasibətin nə demək olduğunu Rusiya rəsmiləri anlamalıdılar. Bu gün Rusiyada "qara işlər"də və xüsusilə də kommunal xidmətlər sferasında çalışan bir dənə də olsun rus insanı görmək mümkün deyil. Bu sahədə çalışanlar ilk növbədə Orta Asiya respublikalarından Rusiyaya gələn miqrantlardı. Azərbaycan vətəndaşlarının Rusiyadan geri qaytarılmasına gəlincə, onlar bizim vətəndaşlarımızdır və Rusiyaya buradan gediblər. Geri qayıdan vətəndaşların iş yerləri ilə təmin olunması məsələsinə də aidiyyəti hökumət qurumları çalşmalıdılar. Azərbaycanın lazımi addımlar atmaq üçün potensialı var. Bütövlükdə hökumət Azərbaycanın regionlarında yeni iş yerlərinin açılması istiqamətində radikal addımlar atmağa üz tutmalıdır. Bunun alternativi yoxdur, Azərbaycan tək Abşeron yarımadasından ibarət deyil".

Seçilən
0
2
turkustan.az

3Mənbələr