Lənkəran Dövlət Universitetində 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə “Gənclik günümüzdür” adlı tədbir keçirilib. Tədbir Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
Bu barədə AzEdu.az-a LDU-dən məlumat verilib.
Sonra Azərbaycan Respublikasının Dövlət Himni səslənib. Lənkəran Dövlət Universitetinin rektoru, prof. Natiq İbrahimovun LDU gənclərinə təbrik məktubunu universitetin Sosial məsələlər üzrə prorektoru vəzifəsini icra edən dos. Ramiz Şəmmədov səsləndirib. Universitetin İqtisadiyyat və idarəetmə fakültəsinin sosial məsələlər üzrə dekan müavini Şəfa Bağırova, LDU Tələbə Gənclər Təşkilatının sədri Sara İbadzadə, dos. Fərid Xankişiyev, magistrant və tələbələrdən Rauf Həşimov, Rəsul Şükürov və s. tədbirdə çıxış edərək uğur hekayələrindən söz açıblar, bayram təbriklərini çatdırıblar.
Sonda universitetin ictimai həyatında fəal iştirak edən və təhsil uğurları ilə fərqlənən gənclərə LDU Tələbə Gənclər Təşkilatının təşəkkürnamələri təqdim olunub.