AZ

"Fonbet"in keçmiş rəhbəri  hüquq-mühafizə orqanlarının əməkdaşlarına rüşvət verib

"Fonbet"in

Fonbet bukmeyker şirkətinin keçmiş rəhbəri Sergey Anoxin şirkətə ayrılan büdcə pullarının oğurlanması faktlarını gizlətmək üçün hüquq-mühafizə orqanlarının əməkdaşlarına 60 milyon rubl məbləğində rüşvət verməkdə ittiham olunur.

Bu barədə TASS-a hüquq-mühafizə orqanları məlumat verib.

FTX əməkdaşları Moskvada idmanın inkişafına ayrılan büdcə vəsaitlərinin oğurlanması ilə bağlı Fonbet bukmeker şirkətinin keçmiş baş direktoru Sergey Anoxinlə əlaqəli kommersiya təşkilatlarının nümayəndələrinin qanunsuz fəaliyyətini göstərən məlumat alıblar.

"Bu məlumatların cinayət işinin başlanması üçün Moskva Daxili İşlər Nazirliyinin Baş İdarəsinin istintaq orqanlarına verilməsi məsələsi həll olunurdu. Anoxin hadisələrin bu cür inkişafının qarşısını almaq üçün vasitəçilər vasitəsilə yuxarıda göstərilən məlumatların müstəntiqlərə ötürülməsinə görə məsul şəxsə rüşvət verilməsini təşkil etməyə çalışıb”, - agentliyin həmsöhbəti bildirib.

Onun sözlərinə görə,

Anoxinin vasitəçiləri pulun bir hissəsini köçürərkən Krasnoqorskdakı yanacaqdoldurma məntəqələrindən birində saxlanılıb. Bundan sonra “Fonbet” şirkətinin keçmiş rəhbərinin özü saxlanılıb. Məhkəmə onu martın 29-dək həbs edib. Onunla yanaşı, keçmiş şəxsi detektiv Stepan Qritskov və Moskvanın Şərq dairəsi üzrə Daxili İşlər İdarəsinin rəis müavini Sergey Bivol da var. Onlar rüşvət verməkdə vasitəçi olublar.

Cavid

Seçilən
2
xalqcebhesi.az

1Mənbələr