Azərbaycan millisinin sabiq fiqurlu konkisürəni Aleksandr Kirsanov ABŞ-da qəzaya uğrayan təyyarədə olub.
İdman.biz xəbər verir ki, bunu onun həyat yoldaşı Natalya Qudina açıqlayıb.
O bildirib ki, hər şeyini itirib: “Mən hər şeyimi, həyat yoldaşımı, şagirdlərimi, dostlarımı itirdim".
Kirsanov buz üzərində rəqslərdə çıxış edib. O, Rusiya, Azərbaycan və ABŞ millilərinin şərəfini qoruyub.
Qeyd edək ki, Kirsanov 1999/2000 mövsümündə Azərbaycan çempionu adını qazanıb.
İdman.biz