1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
ABŞ Fövqəladə Hallar Xidmətinin əməkdaşları Vaşinqtonda sərnişin təyyarəsi ilə hərbi helikopterin toqquşması nəticəsində həlak olanlardan 40-nın cəsədini aşkar ediblər.
Oxu.Az-ın məlumatına görə, bu barədə CBS telekanalı hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən xəbər yayıb.
Bildirilib ki, bəzi cəsədlər sahilə axınla çıxıb, digərləri isə suyun altında tapılıb.
O da qeyd olunub ki, hazırda dalğıclar üçün əlçatmaz olan təyyarənin quyruq hissəsində də cəsədlər qala bilər.
Xatırladaq ki, yanvarın 29-da "American Airlines" aviaşirkətinə məxsus ABŞ sərnişin təyyarəsi və ABŞ Quru Qoşunlarının "Black Hawk" helikopteri Ronald Reyqan adına Vaşinqton hava limanı yaxınlığında toqquşub. Təyyarə Kanzas ştatından uçub, göyərtəsində 60 sərnişin və 4 ekipaj üzvü olub. Helikopterdə ən azı üç hərbçi olub. Toqquşmadan sonra təyyarə və helikopter Potomak çayına düşüb. Qəzadan sağ qalan olmayıb.