AZ

Qədir Xəlilov: Bu günə qədər AKTİ-yə 1 milyona yaxın könüllü gənc üzv olub

Bu günə qədər Azərbaycan Könüllü Təşkilatları İttifaqına (AKTİ) 1 milyona yaxın könüllü gənc üzv olub.

"Report" xəbər verir ki, bunu Azərbaycan Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Qədir Xəlilov Azərbaycan Könüllü Təşkilatları İttifaqının 2 Fevral - Gənclər Gününə həsr olunmuş “Könüllü Təşkilatlarının Dayanıqlı İnkişaf" forumunda deyib.

Q.Xəlilov xatırladıb ki, AKTİ 2020-ci ildən etibarən fəaliyyət göstərir:

"Bu müddət ərzində minlərlə tədbir keçirilib və AKTİ 1 milyona yaxın gənci özünə cəlb etməyi bacarıb. Mən gəncləri aktiv olmağa çağırıram. Gənclərimiz çox uğurludur. Onlara heç vaxt ruhdan düşməməyi arzulayıram".

Seçilən
0
report.az

1Mənbələr