AZ

AMB-də Azərbaycan banklarının bu il üzrə hədəfləri müzakirə edilib

Azərbaycan Mərkəzi Bankında (AMB) yerli banklarla sektorun bu il üzrə hədəfləri müzakirə edilib.

FED.az xəbər verir ki, bu barədə AMB-nin sədri Taleh Kazımov "X" sosial şəbəkəsindəki hesabında yazıb.

"2025-ci ilin sektorlar üzrə ilk görüşü ölkədə fəaliyyət göstərən kommersiya banklarının rəhbər şəxsləri ilə baş tutub. Görüş zamanı bank sektoru üzrə 2024-cü ilin yekunları, inkişaf perspektivləri və çağırışlar ətrafında fikir mübadiləsi apardıq. Həmçinin son makroiqtisadi meyillər, cari il üzrə hədəflər və digər mühüm məsələləri müzakirə etdik", - T. Kazımov qeyd edib.

Seçilən
0
2
fed.az

3Mənbələr