1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"Minsk qrupu 1994-2020-ci illərdə heç bir işə yaramadı. Bu müddət ərzində qaçqınların və məcburi köçkünlərin hüquqlarının qorunması tələbinə belə önəm verilmədi. Parisdə və digər yerlərdə beynəlxalq konfranslar keçirildi, amma nəticəsiz oldu".
Oxu.Az xəbər verir ki, bunu Fransanın "Côte d'Azur" Universitetinin professoru Kristian Vallar "Fransa və Ermənistan-Azərbaycan münaqişəsi"adlı beynəlxalq konfransda deyib.
O bildirib ki, vaxtı ilə Fransa prezidentləri Jak Şirak və Nikola Sarkozi Bakıya gəliblər, Azərbaycanla münasibətlərə önəm veriblər:
"2018-ci ildə Makron Ermənistana səfər etdi, amma Azərbaycana gəlmədi. Bu, Azərbaycan tərəfində narazılıq yaratdı. Çünki Cənubi Qafqaza səfər edirsənsə, mütləq Azərbaycana da gəlməlisən.
2020-ci ildə Azərbaycan ərazilərini işğaldan azad etdi və bundan sonra vəziyyət daha da kəskinləşdi. Hətta Fransada Azərbaycan əleyhinə qətnamələr qəbul edildi və Parisin qondarma rejimi tanımasına çağırış edildi. Lakin Azərbaycan buna imkan vermədi".
Mərahim Nəsib