Fransanın Azərbaycan-Ermənistan münaqişəsidə tutduğu mövqe həmişə təəssüf ki, ölkəmizlə münasibətlərin əleyhinə olub.
Teleqraf.com xəbər verir ki, bu fikirləri Bakı Dövlət Universitetinin professoru Məmmədağa Baxışov "Fransa və Ermənistan-Azərbaycan münaqişəsi" mövzusunda keçirilən beynəlxalq konfransda səsləndirib.
Onun sözlərinə görə, Fransa Ermənistana dəstəyini heç vaxt əsirgəməyib.
"Fransa-Azərbaycan münasibətlərinin tarixi əvvəldən yaxşı olmayıb. Fransa hökuməti 1919-cu ildə Azərbaycan nümayəndə heyətini Parisə buraxmayıb. Daha sonra 1940-cı ildə Fransa tərəfiBakı və Qroznı neftini ələ keçirməyə çalışsa da Almaniya bunun qarşısını aldı. Belə misallar çoxdur. Bunlar hamısı tarixən münasibətlərin hansı vəziyyətdə olduğuna sübutdur",- professor bildirib.