İsrail İranın Beyrut hava limanı vasitəsilə Hizbullaha on milyonlarla dollar köçürməsi ilə bağlı Livanda atəşkəs razılaşmasına nəzarət edən beynəlxalq monitorinq komitəsinə müraciət edib. Bu barədə “The Wall Street Journal” yazır.
Bundan əlavə, yəhudi dövləti İstanbuldan Beyruta pul köçürmək üçün Türkiyə vətəndaşlarının istifadə edildiyini iddia edir. Lakin Türkiyə rəsmiləri bunu təkzib edərək bildirirlər ki, İstanbul hava limanında rentgen aparatları və ya digər təhlükəsizlik tədbirləri ilə külli miqdarda nağd pul mütləq aşkar edilərdi.
Atəşkəs razılaşması Livandan ölkəyə giriş limanlarının təhlükəsizliyini təmin etməli və Hizbullah və digər qruplara silah və əlaqəli materialların axınının qarşısını almağı tələb edir. Şərtlər xüsusilə nağd pulun çatdırılmasına şamil edilmir.
Beynəlxalq monitorinq komitəsinə İsrail, Livan, ABŞ, Fransa və BMT-nin nümayəndələri daxildir.
Ülviyyə, Hurriyyet.az