Suriyanın keçid dövrü prezidenti Əhməd Şara xalqa ilk müraciətini edib.
Sitat.info xəbər verir ki, Əhməd Şara ilk müraciətində bunları deyib: "Bununla elan edirəm ki, keçid dövründə qanunvericilik səlahiyyətlərini öz üzərinə götürəcək müvəqqəti məclis yaratmaq üçün hazırlıq komitəsi yaradacağam. 54 gündür ki, Suriya zalım bir rejimin buxovlarından azad edilib. Dünyanın ən zalım idarə formalarından biri getdi. Suriyada əvvəl Allahın lütfü, daha sonra içəridə və xaricdə gedən mübarizə ilə buna nail olduq. Əməyi keçən hər kəsə təşəkkür edirəm".
Suriyalılarla birlikdə ölkə tarixində yeni bir səhifə açdıqlarını qeyd edən Şara əlavə edib: "Dünən siyasi prosesin irəliləməsini təmin etmək üçün hüquq mütəxəssisləri ilə geniş məsləhətləşmələrdən sonra ölkənin məsuliyyətini üzərimə götürdüm. Bu gün mən Sizə bir hökmdar kimi yox, yaralı vətənimizə xidmət edən biri kimi müraciət edirəm. Mən bütün gücümlə, iradəmlə məmləkətin birliyini, inkişafını təmin etmək üçün çalışacağam"
Şara Suriyanın müxtəlifliyini əks etdirən hərtərəfli keçid hökuməti formalaşdırmaq üçün çalışacaqlarını açıqlayıb: "Bu, bir keçid dövrüdür; bu, ölkə daxilində və xaricində bütün suriyalıların öz gələcəklərini sərbəst, ləyaqətlə quracaqları siyasi prosesin bir hissəsidir. Qadınlar, kişilər və gənclərlə birlikdə, "Suriyanın müxtəlifliyini əks etdirən hərtərəfli keçid hökuməti yaratmaq üçün çalışacağıq. Bu hökumət, biz azad, ədalətli seçkilər keçirənə və marjinallaşma mərhələsinə çatana qədər yeni Suriyanın təsisatlarını qurmaq vəzifəsini öz üzərinə götürəcək.Prioritetlərimiz sosial sülhün təmin edilməsi, Suriya xalqına qarşı cinayət törədənlərin ədalət qarşısında cavablandırılması, ərazi bütövlüyünün qorunması, şəffaf və ədalətli dövlət qurumlarının qurulması, güclü iqtisadiyyatın yaradılması və həyat şəraitinin yaxşılaşdırılması olacaq. .
Şəra bildirib ki, istər daxildə, istərsə də xaricdə Suriya xalqına qarşı cinayət törədənlər mühakimə olunacaq.
Suriyanın güclü regional və beynəlxalq aktor olması üçün çalışacaqlarını deyən Şara, möhkəm bir iqtisadiyyat qurmağı hədəflədiklərini bildirib.
Məğrur,
Sitat.info