Çində başlayan və bütün dünyanı əhatə edən koronavirus epidemiyasından sonra yeni viruslarla bağlı qlobal narahatlıqlar davam edir. Alimlər ABŞ-ın Alabama ştatında Camp Hill virusu adlı yeni henipavirus aşkar ediblər. Bu kəşf, bu virusların əvvəllər düşünüldüyündən daha geniş qlobal yayılmasına malik ola biləcəyini göstərir.
News24.az xəbər verir ki, Hendra və Nipah kimi virusları ehtiva edən henipavirus ailəsi insanlarda və heyvanlarda ciddi xəstəliklərə və yüksək ölüm göstəricilərinə səbəb ola bilər.
Daha əvvəl Avstraliyada görülən Hendra virusu və Cənub-Şərqi Asiyada ölüm nisbəti 40-75 % arasında dəyişən Nipah virusu bu qrupun nə qədər təhlükəli ola biləcəyini göstərir.
Kvinslend Universitetindən Dr. Alabamadakı kəşfin böyük əhəmiyyət daşıdığını ifadə edən Rhys Parry, "Bu virusların düşünüldüyündən daha geniş yayılma olduğunu ortaya qoyur" deyib.
Camp Hill virusu Kanada və ABŞ-da tez-tez rast gəlinən şimal qısaquyruqlu siçanlarda aşkar edilib. Onun insanlara keçib-keçmədiyi hələ məlum olmasa da, mütəxəssislər diqqətli olmağın vacibliyini vurğulayırlar.
Günel Məlikzadə