Sumqayıt şəhərini Abşeron rayonunun Saray qəsəbəsi ilə birləşdirən Məhəmməd Əsədov küçəsində dəmiryol xətti və Samur–Abşeron kanalı üzərində yerləşən yeni körpünün tikintisi davam etdirilir.
Bu barədə Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.
Nəzərə çatdırılıb ki, körpünün tikintisi ilə əlaqədar hazırda betonlanma işləri görülür.
"Çalışılacaq ki, təyin olunan qrafikə uyğun olaraq işlər vaxtında yekunlaşdırılsın. İşlərin 4-5 ay müddətində bitməsi planlaşdırılır",- deyə agentlikdən bildirilib.
Qeyd edək ki, Sumqayıt şəhərini Saray qəsəbəsi ilə birləşdirən və 1970-ci illərdə inşa edilmiş körpünün qəzalı vəziyyətdə olduğu aşkar edildiyindən sökülüb.
Mina Mikayılova