Ermənistanın İctimai Radiosunun direktoru Armen Koloyan rəhbərlik etdiyi struktura yeni qaydalar tətbiq edib.
Poliqon xəbər verir ki, bu barədə Hraparak qəzeti yazıb.
"Bu il radionun kadrlar şöbəsi müqavilələri yeniləyərkən işçiləri onları diqqətlə oxumağa və pozmamaqda ardıcıl olmağa çağırıb ki, gələcəkdə baş verəcək hadisələrə görə üzülməsinlər", deyə qəzet qeyd edib.
Müqavilələrə xüsusi bənd əlavə edilib. Ona görə İctimai Radionun əməkdaşlarının sosial media platformalarında artıq tənqidi və təhqiramiz yazılar və hakimiyyətə ünvanlanmış tənqidlər dərc etmək hüququ yoxdur. Əks halda onları töhmət, sonra işdən çıxarma gözləyir.
Qeyd edək ki, Armen Koloyan hətta radionun direktoru vəzifəsini icra etdiyi dövrdə də qalmaqallı qərarları ilə seçilib. Təyinatından az sonra, 2024-cü ilin sentyabrında o, Bakı və Ankarada vaxtı göstərən radio saatların divarlardan asılmasını əmr edib.
Poliqon.info