AZ

DİN-dən kibertalama halları ilə bağlı vətəndaşlara növbəti ÇAĞIRIŞ

Bakı. Trend:

Onlayn yolla vətəndaşların bank kartlarının talanması ilə bağlıkiberdələduzların son günlər yeni üsül və texnoloji yeniliklərdənistifadə etdikləri müşahidə edilir.

Trendxəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumatyayıb.

Bildirilib ki, süni intellektin köməkliyi ilə yaxın qohumlarındanışıq tərzinə oxşar klonlaşdırılan səslər və elektron nömrələrdənedilən zənglərlə vətəndaşların kartlarının talanması ilə bağlıpolisə məlumatlar daxil olmaqdadır.

"Sizə edilən zəngdə qarşı tərəf özünü yaxın bir adamınız, ailəüzvünüz kimi təqdim edib kart məlumatlarınızı istəyirsə mütləqşəkildə dəqiqləşdirici suallar verilməlidir. Bu yolla siz qarşıtərəfdən gələn səsin süni intellekt vasitəsi iləhazırlanıb-hazırlanmadığına əmin ola bilərsiniz.

Bir daha hər kəsə çağırış edərək bildiririk ki, bank kartıməlumatlarınızı dəqiqləşdirmə aparmadan heç kimlə bölüşməyin.
Kartınızın təhlükəsizliyi öz əlinizdədir!",- deyə məlumatda qeydedilib.

Məqalədə:
Seçilən
0
30
az.trend.az

10Mənbələr