Futzal üzrə Azərbaycan millisi bu gün növbəti oyununu keçirəcək.
Fanat.Az xəbər verir ki, Vitali Borisovun baş məşqçisi olduğu komanda AÇ-2026-nın seçmə mərhələsində ikinci matçına çıxacaq.
5-ci qrupda yer alan millimiz Xorvatiya ilə qarşılaşacaq. Matç Pula şəhərində yerləşən Mate Parlov İdman Mərkəzində baş tutacaq. Görüş Bakı vaxtı ilə saat 22:15-də başlayacaq.
Qeyd edək ki, futzalçılarımız ilk oyunda İsveçlə 3:3 hesablı heç-heçəyə razılaşıb.
AÇ-2026
Seçmə mərhələ, V qrup
31 yanvar
22:15. Xorvatiya - Azərbaycan
Hakimlər: Viktor Bugenko (Moldova), Qrigori Oşomkov, Yagnar Yakobson (hər ikisi Estoniya)
Timekeeper: Dino Kramar (Xorvatiya)
Hakim-inspektor: Perri Qautye (Belçika)
UEFA nümayəndəsi: Stefan Kammerer (Almaniya)
Mate Parlov İdman Mərkəzi