AZ

Xorvatiya millisinin baş məşqçisi: "Azərbaycan komandası 7-8 braziliyalı olanda daha güclü idi"

Futzal üzrə Xorvatiya millisinin baş məşqçisi Azərbaycana qarşı keçirəcəkləri oyun haqqında danışıb.

Futzal üzrə Xorvatiya millisinin baş məşqçisi Marinko Mavroviç AVRO-2026-nın seçmə mərhələsinin 5-ci qrupunda Azərbaycan yığmasına qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini bölüşüb.

"Operativ Media" xəbər verir ki, o, Azərbaycanla oyunun asan olmayacağını bildirib.

“Biz qrupun favoritiyik və bunu sübut etməliyik. Bu, heç də asan olmayacaq, çünki Azərbaycan çox xoşagəlməz rəqib ola bilər. Təbii ki, Azərbaycan komandası tərkibində 7-8 braziliyalı olanda daha güclü idi. Onların yoxluğu ilə oyunlarının texniki komponentini itirdilər, lakin digər tərəfdən müstəsna bir milli hiss alıblar və şübhəsiz ki, özlərini ən yaxşı tərəfdən göstərmək istəyəcəklər. Bu komanda gənclik və təcrübənin birləşməsidir və onlar təzyiqi yaxşı idarə edirlər".

Xorvatiya yığmasının kapitanı Franko Jelovçiç də qarşıdakı oyundan danışıb:

“Heyəti dəyişmiş Azərbaycanla evdə oynayırıq. Onların komandasında artıq braziliyalı yoxdur və buna uyğun olaraq komandanın keyfiyyəti də pisləşib. Ancaq buna əhəmiyyət vermirik, yeganə məqsədimiz qələbə qazanmaqdır və bütün gücümüzü verəcəyik”. 

Seçilən
1
operativmedia.az

1Mənbələr