Myanma hakimiyyəti ölkədə fövqəladə vəziyyət rejimini altı ay uzadıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə respublikanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının iclasının yekununa dair qərarda bildirilir.
Sənədə əsasən, Təhlükəsizlik Şurasının üzvləri fövqəladə vəziyyətin müddətinin daha altı ay uzadılması barədə yekdilliklə qərar qəbul ediblər.