ABŞ-ın yeni müdafiə naziri Pit Heqset yaponiyalı həmkarı Qen Nakatani ilə telefon danışığında əməkdaşlığı genişləndirmək və Çinin mübahisə etdiyi Senkaku adalarında (Çin adı: Dyaoyuydao) hərbi varlıq yaratmaq barədə razılığa gəlib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Bloomberg agentliyi məlumat yayıb.
“Heqset , həmçinin müdafiə naziri general Nakataniyə təsdiqlədi ki, ABŞ-Yaponiya müdafiə müqaviləsi Şərqi Çin dənizində Yaponiyanın nəzarətində olan, lakin Çinin iddia etdiyi bir qrup insan yaşamayan adalara şamil edilir”, – agentliyin hesabatında qeyd edilir.
Əlavə olaraq qeyd olunub ki, müdafiə idarələrinin rəhbərləri Tokio və Vaşinqton arasında hərbi ittifaqın hazırkı vəziyyətini müzakirə edərək, onu gücləndirməyə razılaşıblar.