Fevralda Münhendə keçiriləcək beynəlxalq təhlükəsizlik konfransına Rusiya nümayəndələri dəvət edilməyəcək.
Bu barədə konfransın nümayəndəsi məlumat verib.
“2025-ci ildə Münhen Təhlükəsizlik Konfransına Rusiya hökumətinin nümayəndələri dəvət edilməyəcək.
Qeyd edək ki, Münhen Təhlükəsizlik Konfransı fevralın 14-16-da keçiriləcək. Rusiya 2022-ci ildən bu tədbirdə iştirak etmir.