AZ

Ötən il Azərbaycana xaricdən pul köçürmələri azalıb

2024-cü il ərzində Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsilə 1 milyard 674.3 milyon manat vəsait daxil olub.

Banklardan xaricə göndərilən vəsaitin həcmi isə 527.9 milyon manata bərabər olub.

"Cebheinfo.az" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, əvvəlki ilə nisbətən sürətli pul köçürmə sistemləri vasitəsilə banklara daxil olan vəsaitin həcmi 32.2% və ya 793.7 milyon manat, banklardan xaricə köçürmələr isə 14.4% və ya 88.5 milyon manat azalıb.

Qeyd edək ki, 2023-cü ildə Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsilə 2 milyard 468 milyon manat daxil olub. Banklardan xaricə göndərilən vəsaitin həcmi isə 616.4 milyon manat təşkil edib.

"Cebheinfo.az" 

Seçilən
0
2
cebheinfo.az

3Mənbələr