Olaylar.az xəbər verir ki, bunu bu gün Baş nazir Əli Əsəsdov Almatıda "Digital Almaty 2025" beynəlxalq rəqəmsal forumunda çıxışı zamanı deyib.
"Rəqəmsal platformalar və avtomatlaşdırma iqtisadi prosesləri dəyişdirir, dövlət idarəçiliyinə yanaşmaları dəyişir və həyatı yaxşılaşdırmaq üçün yeni imkanlar açır. Rəqəmsal transformasiya təkcə qabaqcıl texnologiyaların tətbiqi deyil, həm də dövlətin, biznesin və vətəndaşların maraqlarını nəzərə alan səmərəli ekosistemin yaradılması prosesidir. Azərbaycan dövlət strategiyasının əsas elementi kimi rəqəmsal inkişafa böyük önəm verir", - o bildirib.
Baş nazir qeyd edib ki, yanvarın 16-da, burada qeyd edildiyi kimi, Azərbaycanda rəqəmsal inkişaf konsepsiyası təsdiq edilib.
"Bu sənəd bu sahədə işin strateji prioritetlərini müəyyən edərək, ölkənin rəqəmsal transformasiyası üçün əsas istiqamət oldu", - Əli Əsədov bildirib.