AZ

Niger onxoserkoz xəstəliyini aradan qaldıran ilk Afrika ölkəsi oldu

Bakı, 31 yanvar, AZƏRTAC

Nigerin səhiyyə, əhali və sosial məsələlər naziri ölkənin onxoserkozdan azad olduğunu rəsmən elan edib. Bu əlamətdar nailiyyətlə Niger Afrikada bu xəstəliyi aradan qaldıran ilk ölkə oldu.

AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, Niger “onchocerca volvulus” parazitinin ötürülməsini uğurla dayandıran dünyada beşinci ölkədir. Digər dörd ölkənin hamısı Amerika qitəsində yerləşir. Onlar Kolumbiya, Ekvador, Qvatemala və Meksikadır.

Qeyd edək ki, onxoserkoz Nigerdə aradan qaldırılan ikinci tropik xəstəlikdir. Xəstəlik insanlara çay sahillərində rast gəlinən qara milçəklərin dişləməsi ilə keçir. Bu, ilk növbədə, Latın Amerikasının bəzi yerlərində daha kiçik endemik ərazilərlə birlikdə Saharadan Cənub-Şərqi Afrika və Yəmənin kənd əhalisinə təsir göstərib.

 

Seçilən
1
azertag.az

1Mənbələr