Bakı, 31 yanvar, AZƏRTAC
2024-cü ildə pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları üzrə əhaliyə əvvəlki ilin müvafiq dövrünə nisbətən təqribən 808,3 milyon manat və ya 10,08% çox olmaqla 8 milyard 835 milyon manatdan çox vəsait ödənilib.
Bu barədə AZƏRTAC-a Dövlət Sosial Müdafiə Fondunun (DSMF) mətbuat xidmətindən məlumat verilib.