ABŞ-də insan alveri və cinsi istismar ittihamı ilə təqsirləndirilən məşhur reper P.Diddinin (əsl adı - Şon Kombs) səs-küylü işinə yeni faktlar əlavə edilib. Belə ki, müstəntiqlər yeni zərərçəkənləri aşkar ediblər və musiqiçinin cinayətkar fəaliyyətlərinin 2024-cü ilə qədər davam etdiyini öyrəniblər.
hakimiyyet.az-ın məlumatına görə, bu barədə "Newsweek" məlumat yayıb.
Nyu-Yorkda təqdim edilmiş yeni ittihamnaməyə əsasən, prokurorlar reketlik məqsədilə sövdələşmə və fahişəlik məqsədilə daşınma ittihamlarını təsdiqləyən əlavə sübutlar təqdim ediblər. Reper tərəfindən ehtimal olunan istismarın qurbanlarının siyahısı da genişləndirilib.
Xatırladaq ki, 2024-cü il sentyabrın 17-də Diddi cinsi istismar məqsədilə insan alveri, cinayət sövdələşməsi və fahişəliyə yardım ittihamları ilə . Polis onun evində seks oyuncaqları dəstləri, minlərlə uşaq yağı şüşəsi və qeydiyyatsız odlu silah aşkar edib.
Bildirilib ki, Diddiyə qarşı federal ittihamların genişlənməsi onun üçün daha sərt cəzaya səbəb ola bilər. Belə ki, digər ittihamlar uzunmüddətli həbs cəzası nəzərdə tutur, ancaq reketlik məqsədilə sövdələşmədə təqsirli bilinərsə, reper ömürlük həbs cəzası ala bilər.
Məhkəmə 2025-ci il mayın 5-də Nyu-Yorkda baş tutacaq.