Bakı. Trend:
Erməni diasporunun güclənməsindən sonra Azərbaycanla Fransaarasında münasibətlər korlanmağa başladı.
Trend xəbərverir ki, bunu bu gün Bakıda “Fransa və Ermənistan-Azərbaycanmünaqişəsi” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışında“Conflicts” jurnalının direktoru Gil Mihaeli deyib.
Mihaeli vurğulayıb ki, Azərbaycanın Qərblə əlaqələrininmöhkəmlənməsi üçün əsas vasitələrdən biri, əlbəttə ki,enerjidir.
"1990-cı ildə Azərbaycan və Fransa arasında münasibətlərmüqavilənin təsisçilərindən birinə çevrilmiş Total şirkətininiştirakı sayəsində mühüm irəliləyiş əldə etdi. TotalEnergies ölkədə1996-cı ildən fəaliyyət göstərir. Bundan əlavə, AzərbaycandaFransız Liseyi açılıb və Azərbaycan mədəniyyəti, xüsusən də operasənəti xüsusilə son onilliklərdə geniş tanınıb", - o bildirib.
O qeyd edib ki, daha sonra erməni diasporu öz mövqelərinigücləndirib və bu, onlara öz gündəmlərini irəli aparmağa imkanverib.
"1990-cı illərdən sonra erməni diasporu Fransa siyasətçiləri iləəlaqələri gücləndirərək siyasi və sosial sahədə öz gündəmini fəalşəkildə təbliğ etməyə başladı. Lobbi qrupları gücləndi, geosiyasivəziyyət daha da pisləşdi", - o bildirib.
Qeyd edək ki, Bakıda “Fransa və Ermənistan-Azərbaycanmünaqişəsi” mövzulu beynəlxalq konfrans keçirilib.
Tədbirdə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin idarəheyətinin sədri Fərid Şəfiyev, “Côte d'Azur” universitetindən olanictimai hüquq üzrə professor Kristian Vallar, Azərbaycan MilliMəclisinin millət vəkili Tural Gəncəliyev, “Musulmans en France"fransız xəbər portalının təsisçisi və baş redaktoru, Parisin “LaGazette du Caucase” internet-qəzetinin baş redaktoru Jan-Mişel Brünvə başqaları iştirak ediblər.