Dünya İB Məktəbinin şagirdləri beynəlxalq FİSO (Future İntelligence Student Olympiad) olimpiadasının ingilis dili kateqoriyasında uğurlu nəticə göstəriblər.
Bizim.Media xəbər verir ki, Dünya İB Məktəbinin şagirdləri beynəlxalq olimpiadada ümumilikdə 24 medal qazanıblar.
Onlardan 7 şagird qızıl medal, 10 şagird gümüş medal, 7 şagird isə bürünc medal qazanıb.
Məktəbin qızıl medal qazanan IV sinif şagirdləri Eyyub Əli və Selcan Mirzəyeva bütün suallara doğru cavab verərək 100%-lik nəticə göstərməyi bacarıblar.
25 yanvar 2025-ci il tarixində isə Nizami Kino Mərkəzində FISO Beynəlxalq İngilis Dili Yarışmasının ölkə mərhələsi üzrə qaliblərin mükafatlandırma mərasimi keçirilib.
Mərasim dövlət himinin səsləndirlməsi ilə başlayıb. Şəhidlərin əziz xatirəsini 1 dəqiqəlik sükütla yad etdikdən sonra açlış üçün söz GOC direktoru Xəyal İbrahimzadəyə verilib. O, çıxışında FİSO beynəlxalq yarışmasının final mərhələsi və GOC-un gələcək planlarından söhbət açıb.
Açılışdan sonra medalların təqdim etmə mərasimi başlayıb.
Ardıcıllıqla qızıl, gümüş, bürünc medalçılar səhnəyə dəvət olunub.
Medallarını alınan şagirdlərlə kollektiv fotolar çəkilib.
Qeyd edək ki, ölkə mərhələsində 2-ci sinifdən 11-ci sinfə qədər təhsil alan şagirdlər müxtəlif yaş kateqoriyalarında öz bilik bacarıqlarını nümayiş etdiriblər. Seçim turunda medal qazanan şagirdlər Birləşmiş Ərəb Əmirliklərində təşkil olunacaq finalda ölkəmizi təmsil etmək hüququ əldə ediblər.
Məlumat üçün bildirək ki, FİSO beynəlxalq yarışmasına hər il 40-dan çox ölkədən 30.000-dən çox şagird iştirak edir
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta