AZ

Gənclərin bilik və bacarıqlarının artırılması üçün hansı təhsil proqramları effektivdir? QHT sədrindən AÇIQLAMA

"Öyrədərək Öyrənirik" Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin sədri Tükəzban Süleymanova, gənclərin bilik və bacarıqlarının artırılması üçün mövcud olan təhsil proqramları və təşəbbüslərlə bağlı QHT.az-a verdiyi açıqlamada bu sahədəki mövcud vəziyyəti şərh edib.

O, qeyd edib ki, hazırda gənclər üçün müxtəlif təhsil proqramları mövcuddur və bunlar həm dövlət qurumları, həm də özəl şirkətlər tərəfindən həyata keçirilir: 

"Bu gün gənclərin öz bilik və bacarıqlarını artırması üçün müxtəlif təhsil proqramları mövcuddur. Bunlar həm dövlət qurumları tərəfindən həyata keçirilən təhsil proqramları, həm də özəl şirkətlər tərəfindən icra olunanlardır. Lakin dövr dəyişir və hər gün sürətlə bir yeni nəsə yaranır. Bu trendə ayaq tutdurmaq çox çətindir. İndi gənclər üçün bu sahədə unikal şərait vardır. Onlayn platformalarda təklif edilən təhsil proqramları buna misaldır. Dünyanın ən məşhur təhsil platformaları vasitəsilə gənc evində oturaraq, pulsuz və ya çox cüzi məbləğ qarşılığında bu platformalardan istifadə edərək, müxtəlif istiqamətlər üzrə özünü təkmilləşdirə bilər".

QHT sədri Azərbaycanda gənclərin intellektual inkişafına yönələn təşəbbüslər haqqında danışarkən, bu sahədə hansı sahələrə daha çox diqqət yetirilməli olduğunu qeyd edib:

"Gənclərin dövrün tələblərinə uyğun olaraq yetişmiş bir fərd olması üçün bərk bacarıqlarla yanaşı, yumşaq bacarıqlarının olması da vacibdir. Onun hər hansı sahədə bilik və bacarıqlarının olmasından savayı, intellektual səviyyəsinin, zəngin dünyagörüşünün olması da zəruri amillərdəndir. Gənclərin intellektual inkişafına bütün sahələrdə diqqət yetirilməlidir. Bunun üçün dövlət qurumları ilə özəl və qeyri-hökumət təşkilatlarının birgə fəaliyyəti vacibdir".

 

Pərvanə Fərhadqızı

QHT.az

Seçilən
8
qht.az

1Mənbələr