AZ

Ukraynanın Dünya Bankına borcu 22 milyard dollara çatdı


Ukraynanın 2024-cü il üçün Dünya Bankı strukturlarına borcu 22 milyard dollara çatıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Forbes” jurnalının Ukrayna bölməsi yerli Maliyyə Nazirliyinin məlumatlarına istinadla məlumat yayıb.
“2024-cü ildə Ukraynanın Dünya Bankı Qrupuna borcu 65% artaraq 22,6 milyard dollara çatıb”, - məlumatda bildirilib.
Nəşr qeyd edib ki, Dünya Bankı Ukraynaya göstərilən dəstəyin həcminə görə xarici kreditorlar arasında ikinci yerdədir. Birinci yeri isə Avropa İttifaqı (Aİ) tutur.
“Forbes”in məlumatına görə, Kiyevin digər banklar da daxil olmaqla ümumi borcu isə 2024-cü ildə 34% artaraq 44 milyard dollara çatıb.
Yanvarın 28-də Ali Radanın Maliyyə, Vergi və Gömrük Siyasəti Komitəsinin rəhbəri Daniil Getmantsev Ukraynanın dövlət borcunun ölkənin ÜDM-nin 90,4%-nə qədər artdığını bildirib.
Seçilən
32
1
yeniavaz.com

2Mənbələr