AZ

Zirə Limanından dəmir yolu ilə tranzit yüklərin daşınmasına start verildi (FOTO)

Bakı. Trend:

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) tərəfindən 2023–2024-cüillərdə həyata keçirilən infrastruktur quruculuğu çərçivəsindəDübəndi–Zirə–Gürgən–Zirə Dəniz Limanı dəmiryol xətti (21 km)yenidən qurulub, Gürgən və Zirə Limanı arasında 9 km uzunluğundayeni dəmiryol xətti çəkilib.

ADY-dən Trend-ə verilən məlumata görə, qeyd olunaninfrastruktur quruculuğu Zirə Limanından ilk dəfə olaraq dəmir yoluilə tranzit yüklərin daşınmasına imkan yaradıb.

İlkin mərhələdə 13 min tona yaxın yükün daşınmasına başlanılıb.Mərkəzi Asiyadan göndərilmiş kükürd yükü qatarla Avropaistiqamətinə yola salınacaq.

Ümumilikdə Zirə limanından dəmir yolu ilə ay ərzində 60 min tonyük daşınması planlaşdırılır.

Növbəti mərhələdə yüklərin çeşidinin artırılması, o cümlədənkarbamid yükünün daşınması nəzərdə tutulur.

Zirə limanından dəmir yolu ilə tranzit yüklərin daşınmasısayəsində Orta Dəhlizlə yük axınlarının daha sürətli təşkili vəəməliyyatların səmərəliliyi təmin olunacaq.

ADY tranzit daşımaları effektiv təşkil etməklə yanaşı,Azərbaycan ərazisindən keçən dəhlizlərin inkişafı, rəqabətliliyininvə cəlbediciliyinin artırılması üzrə aktiv fəaliyyət göstərir.Azərbaycan üçün əsas strateji əhəmiyyətli tranzit dəhlizi ŞərqdənQərbə və əks istiqamətdə yüklərin daşındığı Orta Dəhlizdir.Azərbaycan bu dəhlizin şaxələndirilməsi və alternativ qollarınınformalaşdırılması üzrə əsas təşəbbüskar tərəfdir.

Zirə
Zirə
Zirə
Məqalədə:
Seçilən
0
21
az.trend.az

10Mənbələr