Bakı. Trend:
Yanvarın 31-də Almatıda Avrasiya Hökumətlərarası Şurasınıniclası keçirilib. Azərbaycan Respublikasının Baş naziri Əli Əsədoviclasda qonaq qismində iştirak edib.
Trend xəbərverir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.
Bildirilib ki, iclasda çıxış edən Ə.Əsədov AZAL-a məxsustəyyarənin Aktau şəhəri yaxınlığında qəzaya uğramasından sonraaxtarış-xilasetmə əməliyyatının aparılmasında operativ reaksiyaya,həmçinin fəlakətin səbəblərinin araşdırılmasında göstərdiyi köməyəgörə Qazaxıstan hökumətinə minnətdarlığını bildirib.
Baş nazir qeyd edib ki, Azərbaycanın Avrasiya İqtisadiİttifaqının (Aİİ) üzvü olan tərəfdaşları ilə əlaqələri artıq 30ildən çoxdur möhkəm dostluq və qarşılıqlı hörmət ənənələri əsasındauğurla inkişaf edir.
Vurğulanıb ki, qarşılıqlı səfərlərin və təmasların intensivliyimüxtəlif səviyyələrdə ikitərəfli dialoqun müsbət dinamikasındanxəbər verir.
Ə.Əsədov bildirib: “Bu gün qarşılıqlı fəaliyyətimiz müxtəlifsahələrdə çoxsaylı qarşılıqlı faydalı layihələrlə zəngindir.İqtisadi-ticari əməkdaşlığın müsbət dinamikası xüsusi məmnunluqdoğurur. Ötən il Azərbaycanın Aİİ ölkələri ilə ticarət dövriyyəsi14 faizdən çox artıb”.
İnvestisiya əməkdaşlığının yüksələn xətlə inkişaf etdiyivurğulanıb. “Ölkələrimiz arasında böyük investisiya layihələripaketi həyata keçirilir. Bəzi tərəfdaşlarımızla iqtisadiyyatınmüxtəlif sahələrinə qarşılıqlı investisiyaları səfərbər etmək üçünbirgə investisiya fondları yaratmışıq. Bu təşəbbüs artıq özbəhrəsini verməkdədir”, - deyə Baş nazir əlavə edib.
Bildirilib ki, Azərbaycan ənənəvi olaraq nəqliyyat-tranzitsektorunda əməkdaşlığa böyük əhəmiyyət verir. “Avropa və Asiyanınqovşağında yerləşən əlverişli coğrafi mövqeyi, eləcə də müasirinfrastrukturu sayəsində Azərbaycan Avrasiyanın mühüm nəqliyyat vəlogistika hablarından birinə çevrilib”, - deyə Ə.Əsədov qeydedib.
Vurğulanıb ki, Azərbaycan ərazisindən yük axını sabit templəartır, ötən il tranzit daşımaların həcmi 8 faiz artıb.
Qeyd olunub ki, yükdaşımalarının artım dinamikasını nəzərəalaraq, Azərbaycan öz ərazisindən keçən beynəlxalq nəqliyyatdəhlizlərinin imkanlarının genişləndirilməsi istiqamətində fəaladdımlar atır.
İclas iştirakçılarının diqqətinə çatdırılıb ki, Azərbaycanərazisində ölkənin Aİİ-dəki tərəfdaşlarına onların tranzitehtiyaclarını ödəmək üçün həvəslə təqdim etdiyi dəmir yolu vəavtomobil yolları infrastrukturunun təkmilləşdirilməsiistiqamətində mütəmadi əsasda iş aparılır.
Baş nazir çıxışının sonunda Azərbaycanın Aİİ üzvü olantərəfdaşları ilə bütün sahələrdə əməkdaşlığı artırmaq üçün bundansonra da bütün lazımi səyləri göstərməyə hazır olduğunubildirib.