AZ

Mətbuat Şurasından mediada məhkəmə proseslərinin işıqlandırılması halları ilə bağlı AÇIQLAMA

Bakı. Trend:

Mətbuat Şurası dəfələrlə jurnalistlərə, media orqanlarınacəmiyyət həyatında baş verən hadisə və prosesləri işıqlandırarkənhəssas davranmalarını tövsiyə edib.

Trend xəbərverir ki, bu barədə Mətbuat Şurasının mediada məhkəmə proseslərininişıqlandırılması halları ilə bağlı açıqlamasında deyilir.

Qeyd edilib ki, son dövrlər aparılan müşahidələr həssaslığınxüsusilə məhkəmə proseslərinə münasibətdə göstərilməsi zərurətiniön plana çıxarır.

"Əlbəttə, məhkəmə orqanları mövcud instansiyalardakıçəkişmələrin predmetlərindən və digər məqamlardan asılı olaraq,proseslərin açıq və ya qapalı keçirilməsinə qərar verməksəlahiyyətindədirlər. Hər iki halda medianın cəmiyyətə informasiyavermək hüququ var və bu zaman başlıca amil ictimailik dərəcəsininəsas götürülməsidir. Yəni, nəzərə alınmalıdır ki, konkret məhkəməprosesinin işıqlandırılması cəmiyyətə nə verəcək, nəyiaşılayacaq?

"Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları”ndayayımlanmış materialların ictimai əhəmiyyət kriteriyasına cavabverdiyi hallar göstərilib. Bunlar sağlamlıq və təhlükəsizliyinqorunması, ictimaiyyətin ağır cinayətlərdən və vəzifədənsui-istifadə hallarından müdafiə olunması, ictimaiyyətinəhəmiyyətli dərəcədə yanlış istiqamətləndirilməsi təhlükəsininaradan qaldırılmasıdır. Söhbət məhkəmələrdən gedirsə, mühüm tələbtəqsirsizlik prezumpsiyasına əməl edilməsidir ki, bu və həmçinindəqiqliyin və qərəzsizliyin gözlənilməsinin vacibliyi də qaydalardaəksini tapıb.

Təəssüf ki, medianın məhkəmə proseslərinin işıqlandırılmasınayanaşmasında həssaslıq parametrlərinin zəif nəzərə alındığını,bəzən isə heç nəzərə alınmadığını görürük. Xarakterik hallardanbiri də ittiham aktlarındakı ayrı-ayrı məqamların kontekstdənçıxarılaraq sərlövhələrə daşınmasıdır. Bəzən başlıqlara diqqətyetirəndə media materialının çıxarılmış konkret hökm olmasıtəəssüratı yaranır. Halbuki, yekunda veriləcək məhkəmə qərarınınittiham aktında göstərilənlərlə uyğun olmaması ehtimalları var", -deyə açıqlamada bildirilir.

Qeyd edilir ki, digər tərəfdən, jurnalistlərin məhkəməproseslərinin işıqlandırılması ilə bağlı həssaslığı baxımındanbaşlıca tələb ədalət instansiyasında müzakirəsi aparılan işinözünün spesifikasının nəzərə alınmasıdır:

"Bu tələb gözlənilmədikdə hansısa həssas məsələ ətrafında onsuzda mövcud olan gərgin durum yeni xoşagəlməz ab-havanınformalaşmasına, fərqli interpretasiyaların dövriyyəyə girməsinə,nəticədə ziddiyyətlərin kəskinləşməsinə gətirib çıxarır.

Jurnalistika və media heç bir halda cəmiyyətdə gərginliyinyaranmasına və artmasına, ayrı-ayrı fərdlər arasında münaqişələrinalovlanmasına xidmət etməməli, tam qərəzsiz davranmalı, fəaliyyətiilə qərəzli olduğuna dair azacıq şübhələrin belə olmasına yolverməməlidir. Əksinə, problemli situasiyaların aradan qaldırılmasınaminə çalışmalı, bir sözlə, mütərəqqi missiya yerinə yetirməlidir.Ona görə də məhkəmə prosesləri ilə bağlı təqdimatlarda bütüntəfərrüatlar və incəliklər, hətta region və bölgəninxüsusiyyətləri, insanların emosional-psixoloji durumları ciddişəkildə nəzərə alınmalıdır. Ən böyük peşəkarlıq budur vəjurnalistlərimizi ümumən bütün məsələlərə yanaşmada, o cümlədən,məhkəmə proseslərinin işıqlandırılmasında peşəkarlığa çağırırıq.Peşəkarlıqla demokratik cəmiyyət quruculuğuna töhfə verək ki,insanlarda haqq və ədalət gözləntiləri sarsılmasın, onlar həyatdanküsməsinlər".

Seçilən
39
13
az.trend.az

10Mənbələr