AZ

Xocalı Soyqırımının 33-cü İldönümü ilə Əlaqədar Anım Tədbiri Keçirilib - Vətən Naminə

">

Tədbir iştirakçıları abidənin önünə güllər qoyaraq, faciə qurbanlarının xatirəsini ehtiramla yad ediblər. Anım mərasimində çıxış edənlər Xocalı soyqırımının Azərbaycanın tarixinə silinməz bir faciə kimi həkk olunduğunu vurğulayıb, günahsız insanların qətlə yetirilməsinin təkcə Azərbaycan xalqına deyil, bəşəriyyətə qarşı törədilmiş cinayət olduğunu bildiriblər.

Xocalı soyqırımı zamanı 613 dinc sakin, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla qətlə yetirilib, yüzlərlə insan ağır yaralanıb, 1275 nəfər əsir götürülüb, 150-dən çox insanın taleyi isə hələ də naməlum olaraq qalır.

Tədbir iştirakçıları dünya ictimaiyyətini Xocalı faciəsinə hüquqi-siyasi qiymət verməyə çağıraraq, bu faciənin bir daha təkrarlanmaması üçün ədalətin bərqərar olmasının vacibliyini qeyd ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Welcome Back!

Login to your account below

Retrieve your password

Please enter your username or email address to reset your password.

Add New Playlist

Seçilən
106
12
vetennamine.az

10Mənbələr