Türkiyə Superliqasında qızıl medallar uğrunda mübarizə aparan "Fənərbağça"da sürpriz ayrılıq gözlənilir.

Offsideplus.az xəbər verir ki, hücumçu Cenk Tosun "sarı-lacivərdlilər"lə vidalaşmaq üzrədir.

İstedadlı futbolçu baş məşqçi Joze Mourinyo tərəfindən az şans qazandığına görə komandadakı durumundan narazıdır. Bu səbəbdən Cenk xarici ölkələrdən gələn təklifləri nəzərdən keçirir.

Ona göndərilən ən cəlbedici təklif isə Yaponiyanın "Urava Red Diamonds" klubundandır. Türk hücumçu şərtlərlə tanış olduqdan sonra qəti qərarını verəcək.

İddia olunur ki, dünən "Antalyspor"la oyun Tosun üçün İstanbul təmsilçisində sonuncu olub. O, qarşılaşmanın 80-ci dəqiqəsində meydançaya çıxıb.

Qeyd edək ki, Cenk "Fənərbağça"da cari mövsümdə 17 oyunda forma geyinib, cəmi 2 qol vurub.