Cəlilabad rayonunun Alar kəndində yanğın hadisəsi baş verib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, ümumi sahəsi 90 kvadratmetr olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 12 kvadratmetr sahədə yanıb. Həmçinin içəridə saxlanılan 0,3 ton ot bağlaması da yanaraq məhv olub.
Yanğından mühafizə bölmələrinin operativ müdaxiləsi nəticəsində tövlənin və qalan ot bağlamalarının yanğından qorunması mümkün olub. Yanğın tam söndürülüb.
Hadisənin səbəbləri araşdırılır.
Sabutay Nağıyev, Bizim.Media, Cənub bürosu