AZ

Top Rusiyanın meydanındadır - Starmer

Ciddədə ABŞ-Ukrayna arasında əldə edilən razılaşmanı alqışlayıram.

Axar.az xəbər verir ki, bunu Böyük Britaniya Baş naziri Keyr Starmer deyib.

“Həm ABŞ, həm də Ukrayna nümayəndə heyətlərinin söylədiyi kimi, top hazırda Rusiyanın meydanındadır”, - Starmer bildirib.

Qeyd edək ki, Ciddədə bu gün baş tutan danışıqlarda Ukrayna ABŞ-ın 30 günlük atəşkəs təklifini qəbul edib.

Ukraynaya hərbi yardımın dayandırılması barədə qərarı Donald Tramp 4 martda vermişdi.

Seçilən
37
axar.az

1Mənbələr