AZ

Mansur Yavaş: "Prezidentliyə namizəd olmayacam"

Daha əvvəl CHP-də prezidentliyə namizədlik yarışına qatılıb-qatılmayacağı haqda konkret söz deməyən Ankara Böyükşəhər Bələdiyyə sədri Mənsur Yavaş növbəti açıqlaması ilə diqqəti özünə cəlb edib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, prezidentliyə namizəd olmayacağını bəyan edib və CHP-nin prezidentliyə namizədi Əkrəm İmamoğluna dəstək mesajı verib.

Yavaş daha sonra iddialı bəyanat verib: "23 ildir xalqdan qopan bu hökuməti bu dəfə yola salacağıq. Bizim bircə məqsədimiz var: xalqla əlaqəsi qopan bu hökumətdən qurtulmaq".

Firudin Səfərli
MİA.AZ

Seçilən
12
mia.az

1Mənbələr