Polşa prezidenti Andjey Duda ABŞ-nin ölkəsində nüvə silahı yerləşdirməsini istəyib və bu məsələni Ağ Ev rəhbərinin Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Kit Kelloq ilə müzakirə edib.
Far.Az xəbər verir ki, bu barədə Duda "The Financial Times" qəzetinə verdiyi müsahibədə bildirib.
Polşa lideri qeyd edib ki, ABŞ Prezidenti Donald Trampın nüvə silahlarını Qərbi Avropadan və ya birbaşa öz ölkəsindən Polşaya köçürməsinin məntiqli olduğunu düşünür. O, bunu NATO sərhədlərinin 1999-cu ildə şərqə doğru genişlənməsi ilə əsaslandırıb və 26 il sonra alyans infrastrukturunun da şərqə keçməli olduğunu vurğulayıb.
Martın 5-də Fransa Prezidenti Emmanuel Makron Avropa ölkələrini Fransanın nüvə qoruması altına almaq məsələsi ilə bağlı müttəfiqləri ilə müzakirələrə başlayacağını açıqlayıb. O bildirib ki, Fransa nüvə silahları 1964-cü ildən bəri Avropada sülh və təhlükəsizliyi qoruyur.