AZ

Dudadan Trampa zəng: “Polşa torpaqlarında ABŞ-ın nüvə silahlarını görməyin vaxtıdır”

Polşa prezidenti Anjey Duda ABŞ prezidenti Donald Trampı Polşa ərazisində nüvə silahı yerləşdirməyə dəvət edib.

Editor.az xəbər verir ki, Financial Times (FT) qəzetinə verdiyi müsahibədə Duda ABŞ-ın nüvə silahını Polşaya çəkindirici amil kimi yerləşdirə biləcəyini söyləyib.

“NATO-nun sərhədləri 1999-cu ildə şərqə köçürülüb, ona görə də 26 ildən sonra NATO-nun infrastrukturu da şərqə köçürülməlidir”,- o deyib. Duda bu ehtiyacın onun üçün açıq olduğunu qeyd edib. Polşa prezidenti Trampın tərəddüd etmədən Qərbi Avropa və ya ABŞ-da Amerika nüvə başlıqlarını Polşa ərazisinə yerləşdirə biləcəyini deyib və əlavə edib: “Mən nəinki bunu etməyin vaxtı çatdığını, həm də bu silahlar burada olsa, daha təhlükəsiz olacağımızı düşünürəm”.

Duda həmçinin bildirib ki, bu yaxınlarda Ağ Evin Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloqla bu məsələni müzakirə edib. FT-nin hesabatında Amerikanın nüvə silahlarının Polşaya yerləşdirilməsinin Rusiya tərəfindən ciddi təhlükə kimi qəbul ediləcəyi vurğulanıb.

Qeyd edək ki, Duda 2022-ci ildə keçmiş prezident Co Bayden administrasiyasına oxşar layihə təklif etmişdi, lakin təşəbbüs uğursuz olmuşdu.

//Gülnarə Abasova, Editor.az

Seçilən
12
editor.az

1Mənbələr