AZ

Avropada 6 yeni süni intellekt fabriki tikiləcək

Avropa İttifaqında (Aİ) 6 yeni yerdə süni intellekt fabrikləri yaradılacaq.

News24.az xəbər verir ki, bu barədə Avropa Yüksək Performanslı Hesablama Tərəfdaşlığı Təşəbbüsü (Euro HPC) məlumat yayıb.

“Avstriya, Bolqarıstan, Fransa, Almaniya, Polşa və Sloveniyada 485 milyon avroya yaxın milli və Avropa investisiyaları ilə yeni süni intellekt fabrikləri yaradılacaq”, - məlumatda deyilir.

Bundan əlavə, süni intellekt fabrikləri bu sahədə startaplara, kiçik və orta müəssisələrə imtiyazlı çıxış təmin edəcək, süni intellekt sahəsində artımı və effektiv inkişafı stimullaşdıracaq.

Dekabr ayında Euro HPC ilk süni intellekt fabrikləri üçün Finlandiya, Almaniya, Yunanıstan, İtaliya, Lüksemburq, İspaniya və İsveç üçün 7 yer seçib.

Gələn il daha 6 süni intellekt fabrikinin yerləşdirilməsi planlaşdırılır ki, bu da bütün Avropada bir-birinə bağlı şəbəkə yaradacaq.

Aynurə

Seçilən
5
news24.az

1Mənbələr