AZ

Polşa prezidenti Duda ABŞ-ı respublikada nüvə silahı yerləşdirməyə çağırıb

Polşa prezidenti Anjey Duda ABŞ-ı ölkədə nüvə silahı yerləşdirməyə çağırıb. Bu barədə martın 13-də Financial Times (FT) məlumat yayıb. Dudanın bu məsələni ABŞ prezidentinin Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloqla müzakirə etdiyi vurğulanır.

"Polşa prezidenti ABŞ-ı nüvə silahını Polşa ərazisinə köçürməyə çağırıb", - nəşr yazır.

Duda vurğulayıb ki, onun fikrincə, ABŞ prezidenti Donald Tramp nüvə silahının Qərbi Avropa və ya ABŞ-dan Polşaya daşınması imkanlarını nəzərdən keçirə bilər. O qeyd edib ki, NATO-nun 1999-cu ildə şərqə doğru genişlənməsini nəzərə alsaq, 26 ildən sonra Şimali Atlantika Alyansının infrastrukturunun da yenilənməsi zəruridir.

2024-cü il aprelin 22-də Duda bəyan edib ki, NATO belə bir qərar qəbul edərsə, Polşa hakimiyyəti ölkə ərazisində Amerika nüvə silahlarını yerləşdirməyə hazırdır. O, həmçinin qeyd edib ki, bu mövzu bir müddətdir ki, ölkə hakimiyyəti tərəfindən Amerika ölkəsindən olan həmkarları ilə müzakirə olunur.

Əziz Mustafa, Oxuməni.az

Seçilən
3
oxumeni.az

1Mənbələr