Bakı. Trend:
Mart ayının 13-də Azərbaycan Respublikasının VəkillərKollegiyası (ARVK) Rəyasət Heyətinin növbəti iclası keçirilib.
Kollegiyadan Trend-ə bildirilib ki, iclasda çıxış edən ARVK-nınsədri Anar Bağırov Rəyasət Heyətinin cari fəaliyyəti barədə məlumatverib.
Sonra iclas gündəliyinə uyğun olaraq vəkilliyə qəbulla bağlıixtisas imtahanlarını, icbari təlimi, habelə ixtisas imtahanınınşifahi müsahibə mərhələsini uğurla başa vuran vəkilliyənamizədlərin andiçmə mərasimi keçirilib, onlara vəsiqə təqdimedilərək gələcək fəaliyyətlərində uğurlar arzulanıb.
Eyni zamanda iclasda bəzi vəkillərin digər vəkil qurumlarınakeçməsi, vəkillik fəaliyyətinə öz arzusu ilə xitam verilməsi vəmüəyyən müddətdə üzvlük haqqından azad olunması ilə bağlımüraciətlərinə baxılaraq müvafiq qərarlar çıxarılıb.
Bundan başqa, “Vəkillər Kollegiyasının “Konstitusiya vəSuverenlik İli” çərçivəsində Tədbirlər Planı” təsdiq edilib, ocümlədən “Vəkillik fəaliyyəti” adlı kitabın müzakirəsi və dərslikkimi təsdiq edilməsi məsələsinə baxılaraq müvafiq qərar qəbuledilib.
Həmçinin iclasda “Philip C. Jessup” Beynəlxalq MəhkəməMüsabiqəsində iştirak edəcək tələbələrə maliyyə dəstəyininverilməsi ilə bağlı ADA Universiteti və Bakı Dövlət UniversitetininHüquq fakültələrinin müraciətlərinə baxılıb. Müvafiq maliyyədəstəyin göstərilməsi ilə bağlı Rəyasət Heyəti tərəfindən müsbətqərar qəbul olunub.
Daha sonra iclasda “Hüquq mühafizə orqanları və vəkil peşələriarasında etik məsələlər üzrə əməkdaşlığa dair” İşçi Qrupununyaradılması və vəkil üzvlərinin təyin edilməsi ilə bağlıDeontologiya Komitəsindən daxil olan müraciətə baxılıb. RəyasətHeyəti tərəfindən "Hüquq mühafizə orqanları ilə etik davranışqaydaları üzrə əməkdaşlığa dair" və "Məhkəmə orqanları ilə etikdavranış qaydaları üzrə əməkdaşlığa dair" İşçi Qruplarınınyaradılması qərara alınıb.
İclasın davamında Vəkillərin İntizam Komissiyasının rəylərinəbaxılıb və Rəyasət Heyəti tərəfindən yol verdikləri intizampozuntularına görə 4 vəkilə xəbərdarlıq edilib, 2 vəkilə isə töhmətverilib.
Sonda Kollegiyanın fəaliyyəti ilə əlaqədar əhəmiyyət kəsb edənsair məsələlərə baxılıb.